Zəlzələdə Göy məscid də dağıldı - VİDEO

Hazırda oxunan: Zəlzələdə Göy məscid də dağıldı - VİDEO

578601

Əfqanıstanın şimalındakı Məzari-Şərif şəhərində 6,3 bal gücündə zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, təbii fəlakət nəticəsində azı 20 nəfər həlak olub, 300-dən çox insan yaralanıb. Rəsmilər ölənlərin sayının artacağından ehtiyat edirlər.

Bəlx vilayəti administrasiyasının sözçüsü Hacı Zeyd bildirib ki, Məzari-Şərifdə yerləşən məşhur Göy məscidin bir hissəsi dağılıb.
 

Göy məscid Əfqanıstanda ən qədim və ən yaxşı qorunan dini abidələrdən biridir. Bəzi tarixi mənbələrə görə, məscid Həzrət Əlinin dəfn olunduğu yer hesab olunur. Tikili XV əsrdə inşa edilib və əsrlərdir ölkənin mədəni-simvolik mərkəzlərindən biri sayılır.


ABŞ Geoloji Xidmətinin (USGS) məlumatına görə, zəlzələnin ocağı yerin 28 kilometr dərinliyində, təxminən 523 min əhalisi olan Məzari-Şərifin yaxınlığında qeydə alınıb. Əfqanıstan Səhiyyə Nazirliyinin sözçüsü Şərfat Zaman bildirib ki, xilasetmə və tibbi qruplar hadisə yerinə göndərilib, bölgədəki bütün xəstəxanalar yaralıları qəbul etməyə hazır vəziyyətə gətirilib.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin