Bakıda ani diqqətsizliyin səbəb olduğu qəzaların ANBAAN VİDEOSU

Hazırda oxunan: Bakıda ani diqqətsizliyin səbəb olduğu qəzaların ANBAAN VİDEOSU

578589

Yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan əsas amillərdən biri də sürücülərin ehtiyatsızlığından yaranan diqqətsizliyidir. 

Bizim.Media xəbər verir ki, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müşahidə kameralarının qeydə aldığı qəzaların təhlilləri göstərir ki, sükan arxasında telefondan istifadə və ya bir anlıq belə olsa, diqqəti yayındıran hər hansı fəaliyyət yol-nəqliyyat hadisəsinə səbəb olur. 
 

Hərəkət zamanı qarşıdakı avtomobil qırmızı işıqda dayandıqda, piyadaya yol verdikdə və ya gözlənilməz maneə yarandıqda, sürücünün diqqətinin cəmi bir neçə saniyəlik yayınması qəzanı qaçılmaz edir.


NİİM sürücüləri bir daha diqqətli olmağa çağırır: Hərəkət zamanı sükan arxasında telefondan istifadə etməyin, fikrinizi yalnız yola və nəqliyyat vasitəsinin idarə edilməsinə yönəldin.

Unutmamaq lazımdır ki, yollarda göstərdiyiniz diqqət və məsuliyyət sizi qəzadan qoruya bilər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin