Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO

Hazırda oxunan: Göygöldə keçmiş sinif yoldaşları QƏZAYA DÜŞDÜ – Ölənlər var - FOTO/VİDEO

578568

Göygöl rayonunda 2 nəfərin ölümü, 2 nəfərin xəsarəti ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. 

Bizim.Media-nın yerli bürosunun məlumatına görə hadisə Bakı-Qazax-Gürcüstan avtomobil yolunun Göygöl rayonu ərazisinin Bəhrambağ-Yeni Qızılca ərazisində qeydə alınıb. 
 

Hərəkətdə olan "Mersedes" markalı avtomobilin sürücüsünün idarəetməni itirməsi nəticəsində maşın dəmir maneəyə dəyərək aşıb. Qəza zamanı avtomobildə olan 2009-cu il təvəllüdlü İspi Alıyev və həmyaşıdı Elvin adlı şəxs həyatını itirib. 


Hadisə nəticəsində xəsarət alanlar - 2008-ci il təvəllüdlü Yeni Qızılca kənd sakini Sənan Əsgərov və 2009-cu il təvəllüdlü Tunar Süleymanov xəstəxanaya yerləşdiriliblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir.

İlkin məlumata görə avtomobildə qəzaya düşənlər əvvəllər bir sinifdə oxuyublar.

Faktla bağlı araşdırma aparılır.






Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin