Oktyabrın 30-u saat 12:00 radələrində Bakı-Quba yolunun 15-ci kilometrliyində Hyundai markalı 50-EO-865 dövlət qeydiyyat nişanlı avtobus və TVS-200 markalı 99-L-236 dövlət qeydiyyat nişanlı motosikletin iştirakı ilə baş verən qəza sonuncu nəqliyyat vasitəsinin sürücüsünün xəsarət alması ilə nəticələnib.
Bizm.Media xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
BDYPİ hərəkət iştirakçılarına qanunvericiliyin tələblərini bir daha xatırladıb:
“Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Eyni zamanda manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır”, - məlumatda bildirilib.
  Bizim.Media

- A-
- A
- A+
Multimedia
							10:55 / 31.10.2025
							
						Bakı-Quba yolundakı ağır qəzanın ANBAAN VİDEOSU
						
							
								Hazırda oxunan: Bakı-Quba yolundakı ağır qəzanın ANBAAN VİDEOSU							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Bakı-Quba yolundakı ağır qəzanın ANBAAN VİDEOSU							
						578149
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































