Tramp Yaponiyaya getdi – İmperatorla görüşdü – VİDEO

Hazırda oxunan: Tramp Yaponiyaya getdi – İmperatorla görüşdü – VİDEO

577449

ABŞ prezidenti Donald Tramp Haneda aeroportunda “Marine One” vertolyotuna minərək Yaponiyanın paytaxtı Tokio şəhərinin mərkəzində yerləşən Amerika bazasına gəlib. Ordan isə avtomobillə Yaponiya imperatoru Naruhitonun qəbuluna yollanıb.

Bizim.Media xəbər verir ki, görüşün canlı yayımını NHK telekanalı aparıb.

Xatırladaq ki, Tramp 2019-cu ilin mayında Naruhito taxta çıxdıqdan sonra onunla görüşən ilk xarici qonaq olmuşdu.

O, prezident kimi Yaponiyada sonuncu dəfə 2019-cu ildə G20 sammitində olmuşdu.

Hazırkı səfər isə onun ikinci prezidentlik dövründə ilk səfəridir.
 

Trampın Yaponiya baş naziri Sanae Takaiti ilə sammiti çərşənbə axşamı baş tutacaq. Birgə nahardan sonra Tramp və Takaiti Yokosukadakı ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına gedəcəklər. Orada “George Washington” adlı atom aviadaşıyıcısını ziyarət edəcəklər.


Kyodo agentliyinin məlumatına görə, Amerika tərəfi Yaponiya hökumətinə Tokiodan ABŞ Hərbi Dəniz Qüvvələrinin bazasına qədər “Marine One” vertolyotu ilə birlikdə uçmağı təklif edib.

Agentlik bu addımı diplomatiyada xüsusi etimadın və ikitərəfli ittifaqın möhkəmliyinin rəmzi kimi qiymətləndirib.

Çərşənbə axşamı həmçinin Trampın biznes nümayəndələri ilə görüşü və şam yeməyi də keçiriləcək.

Çərşənbə günü səhər o, Yaponiyadan Cənubi Koreyaya yola düşəcək.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin