Xaçmazda dünyasını dəyişən müəllimə ilə bağlı YENİ XƏBƏR – FOTO/VİDEO

Hazırda oxunan: Xaçmazda dünyasını dəyişən müəllimə ilə bağlı YENİ XƏBƏR – FOTO/VİDEO

577407

Xəbər verdiyimiz kimi, Xaçmaz şəhərindəki Çingiz Abdullayev adına 2 saylı tam orta ümumtəhsil məktəbin ibtidai sinif müəllimi Elnarə Hümmətova dünən vəfat edib. 

Həmin məktəbin direktoru Sevinc Sədullayeva Bizim.Media-ya dünyasını dəyişən müəllim haqda danışıb.

Onun sözlərinə görə, Qubanın Qalaxudat kəndində doğulan Elnarə Hümmətova 2001-ci ildə ailə quraraq Xaçmaza gəlin köçüb:

“2008-ci ildən bu məktəbdə işləyirdi. 2 oğlu, 1 qızı var. Qızı birinci sinifdə oxuyur. Oğlanlarından biri Türkiyədə magistraturada, biri isə Bakıda  ali məktəbdə oxuyur”.
 

Sevinc Sədullayeva mərhumun bu gün yaşadığı Qaraqurtlu kənd qəbristanlığında torpağa tapşırılacağını deyib.


Direktorun Elnarə Hümmətova ilə bağlı saytımıza göndərdiyi foto və videolarını təqdim edirik.

Qeyd edək ki, Elnarə Hümbətova evinin hamam otağında ürəktutmadan dünyasını dəyişib.




















Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin