Dəmir yolu keçidində təkəri qopan maşın faciədən son anda XİLAS OLDU – VİDEO

Hazırda oxunan: Dəmir yolu keçidində təkəri qopan maşın faciədən son anda XİLAS OLDU – VİDEO

576974

Polşanın Katovitse şəhərində dəmir yolu keçidində təhlükəli anlar yaşanıb. 

Bizim.Media xəbər verir ki, Sileziya Polisi hadisənin görüntülərini yayıb.

Belə ki, hadisə zamanı “Opel” markalı avtomobilin təkəri relslərin üzərindən keçərkən qopub.

Avtomobilin sükanı arxasında olan qadın dərhal maşından düşərək, sərnişinlə birlikdə içəridəki əşyaları çıxarmağa başlayıb. Onlar avtomobili öz gücləri ilə relslərdən kənarlaşdıra bilməyəcəklərini düşünüblər.
 

Bu anda hadisə yerindən keçən “Audi” markalı maşının sürücüsü köməyə gəlib. Sonradan məlum olub ki, həmin şəxs polis əməkdaşıdır. O, dərhal həmkarlarına məlumat verib və maşının relslərdən uzaqlaşdırılmasına kömək edib.


Avtomobil yoldan çəkilən kimi şlaqbaumlar bağlanıb və az sonra qatar keçidən keçib.

Həmin kadrları təqdim edirik:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin