Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI - VİDEO

Hazırda oxunan: Bakıda yeddi yaşlı uşağın ölümü ilə nəticələnən hadisənin TƏFƏRRÜATI - VİDEO

576526

Sabunçu rayonunun Zabrat qəsəbəsində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

Bizim.Media xəbər verir ki, sürücü Tural Süleymanlı sükan arxasında olanda qıcolma keçirib, bu zaman avtomobil qonşunun darvazasına çırpılıb. T.Süleymanlı ağır bədən xəsarətləri alaraq xəstəxanaya çatdırılıb, azyaşlının həyatını isə xilas etmək mümkün olmayıb.

T.Süleymanlının xalası Esmira Cəfərova hadisə ilə bağlı jurnalistlərə açıqlama verib.
 

"Qışqırıq səslərini eşidib hadisə yerinə gəldim. Gördüm ki, uşağı maşından düşürtdülər, anasının yanına qaçdı. O, xəsarət almasa da, qorxudan rəngi ağarmışdı. Sonra uşağı epilepsiya tutdu. Xəstəxanaya aparılan zaman yolda nəbzi dayandı", - o söyləyib.


Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin videomaterialında:


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin