Rusiya tərəfinin son rəsmi açıqlamaları Ukrayna ilə müharibənin olmayacağını deyir. Ekspertlər bunu bir neçə səbəbini də izah edirlər. Onlardan biri də qısa vaxtda Ukrayna hərbi arsenalına alınan silahlardır.
Bizim.Media Rusiyanı ehtiyatlanmağa məcbur edən əsas 3 silah haqqında məlumatları tqədim edir:
“Javelin” və “NLAW”
Yanvarın 17-də Böyük Britaniyanın müdafiə naziri Ben Uolles Rusiyanın mümkün hücumundan müdafiə üçün Ukraynaya tank əleyhinə sistemlər göndərəcəyini açıqlayıb.
Bir neçə gündən sonra sistemlərin ilk partiyası Ukraynaya gəlib. Yanvarın 22-də səhər Kiyevə ABŞ-dan 90 ton, yanvarın 23-ü isə daha 80 ton silah çatdırılıb. Ayın 25-i 80 ton “Javelin” silahları da gətirilib. Ukraynanın müdafiə potensialı “Javelin” tank əleyhinə raket kompleksləri, “Stinger” daşına bilən hava hücumundan müdafiə sistemləri və avadanlıqları ilə gücləndirilib.
Son informasiyaya görə, Ukraynaya 700 “Javelin” tank əleyhinə idarə olunan raket və 2200 “NLAW” tank əleyhinə qumbaraatan gətirilib.
Javelin:
Tank əleyhinə idarə olunan raketdir.
Tankların məhv edilməsi məqsədilə hazırlanmış silahdır. Bu raketlərin əsas vəzifəsi tank və ya digər zirehli döyüş maşınlarını vurmaq və məhv etməkdir. Atəş məsafələrinə görə bir nəfər tərəfindən çiyindən və ya bir birlik tərəfindən qurulan üçayaqlı qurğulardan, həmçinin helikopterlərdən də atıla bilir.
Müasir “Javelin”lərdə elektronik görüş sistemlərindən istifadə olunur.
Raket hədəfə kilidləndikdən sonra onu idarə etməyə ehtiyac qalmır (Bu cür raketlər "Atəş aç, unut" prinsipi ilə işləyir). Raket hədəfə kilidləndikdən sonra operator öz yerini tərk edə bilər. Bu sistemlərə İsrail istehsalı olan “Spayk”, ABŞ istehsalı olan “Javelin” aiddir.
NLAW:
İnsan tərəfindən daşınan tank əleyhinə idarə olunan raketdir.
Sistem Böyük Britaniya Müdafiə Departamentinin “MBT LAW” (Eng. Main Battle Tank and Light Anti-tank Weapon) layihəsinin bir hissəsi kimi yaradılıb. O, köhnəlmiş “LAW 80” və “FFV AT-4” qumbaraatanlarını əvəzidir.
“NLAW” proqramı, klassik əl tipli tank əleyhinə qumbaraatanların (300 metrə qədər) və tam hüquqlu poliqonlar arasında, yaxın döyüşlərdə zirehli texnika ilə döyüş istehkamlarını məhv edəcək qumbaraatanların yaradılmasını nəzərdə tuturdu. Bu sistem üçün elan olunan müsabiqəni Amerikanın “FGM-172 SRAW” ilə İsveçin “Saab Bofors Dynamics” şirkəti qazanıb. NLAW komponentlərinin istehsalında 14-dən çox Britaniya şirkəti iştirak edir.
Stinger:
Alçaq məsafədə uçan obyektlərin məhv edilməsinə xidmət edir. Amerikanın bu silahı 30 ölkənin ordusunda istifadə olunur. Silahın məhv etmə zonası 4500 metr təşkil edir. Əsasən 180-dan 3800 metrədək məsafədə olan uçan hədəfləri dağıdır.
“Bayraktar TB2”
II Qarabağ müharibəsi Türkiyə istehsalı olan “Bayraktar”lara xüsusi populyarlıq qazandırıb.
Hətta bəzi hərbi ekspertlər 44 günlük savaşa “dron müharibə”si də deyirlər. Çünki Azərbaycan ordusu PUA-lar vasitəsilə düşmənin məxfi, mühüm saydığı bütün bazalarını, dayaq nöqtələrini sıradan çıxarıb.
Türkiyənin operativ-taktiki, orta yüksəklikdə uçan qırıcı milli pilotsuz döyüş (PUA) təyyarəsi hədəfləri 100 % dəqiqliklə məhv etməyə qadirdir. 10 saat hava qalır, 18.000 funt yüksəklik, 150 km rabitə radiusu əsas xüsusiyyətləridir.
Bizim.Media