Qəzza zolağında elan olunan atəşkəs və məhbus mübadiləsi razılaşması çərçivəsində israilli girovların təhvil verilməsi prosesi başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə HƏMAS-a bağlı media resursları görüntüləri yayıblar.
Məlumata görə, girovların ilk qrupunun Netzarim dəhlizində, ikinci qrupunun isə Xan Yunis şəhərində İsrailə təhvil verilməsi nəzərdə tutulub.
Qeyd edək ki, razılaşmaya əsasən HƏMAS ilk mərhələdə 20 girovu İsrailə təhvil verəcək.
Bundan əlavə, həyatını itirmiş israillilərin də cəsədlərinin qarşı tərəfə verilməsi razılaşdırılıb. İsrail isə bunun qarşılığında 2000-nə yaxın HƏMAS üzvünü geri qaytarmaq öhdəliyi götürüb.
Bizim.Media

- A-
- A
- A+
Multimedia
10:15 / 13.10.2025
İki ildir HƏMAS-ın girov saxladığı israillilər belə təhvil verildi – ANBAAN VİDEO
Hazırda oxunan: İki ildir HƏMAS-ın girov saxladığı israillilər belə təhvil verildi – ANBAAN VİDEO
Hazırda oxunan: İki ildir HƏMAS-ın girov saxladığı israillilər belə təhvil verildi – ANBAAN VİDEO
574961
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































