Paytaxtın əksər yeraltı və yerüstü keçidlərində quraşdırılmış yürüyən pilləkənlər işləmir. Eskalatorların üzərinə Bakı küləyinin qalaq-qalaq toparladığı tullantılardan da görünür ki, bu hərəkətsizlik uzun zamandır heç kimi narahat da eləmir.
Qış parkının ərazisində quraşdırılan bu özü yürüyən pilləkənlərdəki sükut, çkiliş etdiyimizi görən əlidolu və bu boyda məsafəni çətinliklə qət edən sakinlərimizi danışmağa məcbur elədi.
Bu keçidlərdən istifadənin çətin olduğunu görən yaşlı, əliuşaqlı insanlar isə riski gözünün altına alaraq qaydaları pozub maşınların sürətlə şütüdüyü yoldan keçmək zorunda qalır.
Əməkdaşlarımız hazırladığı video materialda da sakinlərin giley-güzarı var. Çünki dəfələrlə bu məsələ qaldırılsa da müvafiq qurumlar ötür-ötür oyunu ilə məsələdən yayınmağa çalışıblar.
Ona görə də biz heç bir dövlət idarəsinə müraciət etmədik. Məsələni bir daha yadınıza salırıq. Ən azı bir məsələ mütləq aydınlaşdırılmalıdır:
Əgər bu cür eskalatorlardan dekor kimi istifadə edəcəkdiksə, dövlət büdcəsindən milyonlarla vəsait ayırmağın mənası nə idi?
Video materialı təqdim edirik:
Şahnaz, Bizim.Media
- A-
- A
- A+
Multimedia
10:00 / 22.01.2022
Piyada keçidlərində eskalatorlar nə vaxt işləyəcək? - VİDEO
Hazırda oxunan: Piyada keçidlərində eskalatorlar nə vaxt işləyəcək? - VİDEO
Hazırda oxunan: Piyada keçidlərində eskalatorlar nə vaxt işləyəcək? - VİDEO
56542
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.