Rusiyalı polkovnik: “Ermənilər, ən yaxşı halda, Almatı bazarını ələ keçirəcəklər” – VİDEO

Hazırda oxunan: Rusiyalı polkovnik: “Ermənilər, ən yaxşı halda, Almatı bazarını ələ keçirəcəklər” – VİDEO

54676

“Ən yaxşı halda, internetdə zarafatlaşdıqları kimi, ermənilər Almatı bazarını ələ keçirəcəklər. Bu, onlar üçün vacibdir”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) ehtiyatda olan polkovniki İqor Strelkov (əsl adı - İqor Vsevolodoviç Qirkin) Roy TV-də açıqlamasında səsləndirib.

Strelkovun sözlərinə görə, Rusiya qoşunlarının Qazaxıstan ərazisinə yeridilməsi qanuniləşdirilib:

“Dəqiq ruslardır, çünki Qırğızıstandan 150, Ermənistandan 80 nəfər gəlib. Bu say onsuz da heç bir məna kəsb etmir. Orda şəxsi heyətin 98%-i ruslardır. Texnika isə 100% onlara məxsusdur. Deməli, internetdə zarafat etdikləri kimi, ermənilər ən yaxşı halda Almatı bazarını ələ keçiriəcəklər. Bu, onlar üçün vacibdir. Həmin bazar onların mənəviyyatını və rifahını xeyli yüksəldəcək”. 

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin