Prezident Adminstrasiyasının rəhbərindən Almatıda baş verənlərə ŞƏRH – VİDEO

Hazırda oxunan: Prezident Adminstrasiyasının rəhbərindən Almatıda baş verənlərə ŞƏRH – VİDEO

54223

Qazaxıstan Prezident Administrasiyasının rəhbəri Dauren Abayev çıxışında bildirib ki, Almatıdakı aksiyalar əvvəlcə dinc xarakter daşıyırdı. Ona görə də polislər, milli qvardiya odlu silahlardan istifadə etmirdi.

Bizim.Media xəbər verir ki, Dauren Abayev sonradan təxribatlar nəticəsində nümayişçilərin qayda pozuntularına getdiyini açıqlayıb. Belə ki, kütləyə silah və dəmir parçaları ilə silahlanmış cani, terrorçular başçılıq etməyə başlayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Almatının mərkəzində atışma davam edir, ölənlər var


Etirazçıların əlində dəyənək və “molotov kokteyl”ləri də olub:

“Banditlər soyğun edir, terrorçulardan ibarət ikinci qrup isə silah mağazalarına basqın edir, polislərin rabitə vasitələrini ələ keçirirdilər. Çox peşəkar davranırdılar. Əvvəlcə şəhərin inzibati binalarını, telekanal ofislərini nəzarətə götürürdülər. Mərkəzi televiziyada canlı yayıma çıxmaq cəhdləri olub. İki dəfə teleqülləyə hücumların qarşısı alınıb. Terrorçular operativ şəkildə aeroport və bir neçə təyyarəni ələ keçiriblər. Ələ keçirilən obyektlərdə barrikada və postlar qururdular. Hökumət binalarının hər mərtəbəsi, giriş-çıxışları qanunsuz silahlılar tərəfindən nəzarətdə saxlanılırdı.

Şəhərdə hərəkət də müəyyən marşrutlar üzrə tənzimlənirdi. Polis departamentinin binasının tutmaq istəyiblər.

Terrorçular arasında xüsusi tüfəngi olan snayperlər olub. Müşahidə kameraları, audio-vizual informasiya vasitələri məhv edilirdi. Əsas hədəf hüquq mühafizə orqanları idi. Gənc kursantın başının kəsilməsi barədə azı bir fakt məlumdur. Hazırda 18 polisin öldürülməsi haqqında informasiya var”.
 

Dauren Abayev qeyd edib ki, gərginliyin qalmasına səbəb qanunsuzluqların eyni vaxtda bir neçə şəhərdə yaşanmasıdır. Qadın və ahıl kişilərin döyülməsi də qeydə alınıb. 


Qazaxıstan Prezident Administrasiyasının rəhbəri KTMT haqqında suallara da cavab verib:

“KTMT ölkələrinin sülhməramlı kontingenti gətirilib. Missiya sülhə xidmət edir. KTMT əsgərləri etirazçılarla toqquşmada iştirak etmir, qanunsuz silahlıların zərərsizləşdirilməsi prosesinə qatılmırlar. Sülhməramlı missiyanı kollektiv güclərin operativ müdaxiləsi ilə səhv salmaq lazım deyil”. 

Şəhərin hərb gücü ilə yatırılmasını həyata keçirənlər barədə daha ətraflı videoda:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin