YENİ SİSTEM: Öz evinizdə xərçəngdən qurtulmaq üçün Almaniyadakı azərbaycanlı həkimlər yardımçı ola bilər - VİDEO

Hazırda oxunan: YENİ SİSTEM: Öz evinizdə xərçəngdən qurtulmaq üçün Almaniyadakı azərbaycanlı həkimlər yardımçı ola bilər - VİDEO

51498

"Onkoloji xəstəliklərin diaqnostikasında radioloji, patoloji və videoskopik üsullar daha əhəmiyyətli rol oynayır, nəinki klassik əllə müayinələr... Nəzərə alsaq ki, bu istiqamətlər son zamanlar Azəbaycanda da yaxşı inkişaf edib, əsas məsələ müalicə taktikasının müəyyən edilməsi və müalicədir”. 

Bu fikirləri Almaniyanın öncül kliniklarından biri olan Heydelberq Universitetinin Mannheim Cərrahlıq klinikasında çalışan azərbaycanlı həkim Vüqar Yaqublu Bizim.Media-ya müsahibəsi zamanı deyib. 

O, bildirib ki, informasiya texnologiyalarının müasir səviyyəsi imkan verir ki, xəstəlik haqqında məlumatlar qısa bir zamanda, hətta anında belə min kilometrlərlə uzaqlara çatdırılsın.

Bir ixtisaslı mütəxəssis olduğu məkandan dərhal uzaq məsafədə olan xəstənin müalicə prosesinə daxil olsun: 

“Bunu mümkün edən sistemlərdən biri “German Health Advisors”dan geniş istifadə edilir. Bu sistem imkan verir ki, istənilən görüntülü müayinə qisa bir müddətdə pasiyentin online aktına yüklənsin və həkimi tərəfindən istənilən mobil cihazda və istınilən yerdə baxıla bilsin”. 

- Yəni, yeni sitem imkan verir ki, xəstə öz evindən heç yerə tərpənmədən xəstəliyi haqqında peşəkar səviyyədə məlumat alsın və müalicə kursu təyin edilsin?

"Tamamilə doğru. Hər il böyük miqdarda pul ödəyib Azərbaycandan Almaniyaya müalicəyə gedən çox sayda xəstələr var. Açığını deyim ki, bəzən buna ehtiyac olmur. O standartlar Azərbaycanda da var. Sadəcə, insanların beynində olan “alman həkimi möcüzə yaradır” kompleksini sındırmaq lazımdır. Bu bəzən ağır hallarda xəstə qohumlarında səhv motivasiya yaradır və bir çox hallarda frustrasiya ilə sonlanır. Müasir təbabətdə möcüzə yox, interdissiplinar, çox tərəfli təhlil axtarılmalıdır. Bu gün məhz bunu internet üzərindən asanlıqla təşkil etmək mümkündür.

Belə sistemlərdən birini “German Health Advisors” qurub. Daha geniş məlumat üçün təqdim etdiyimiz linkə daxil olub, ətraflı məlumat ala bilərsiz:
 

Müsahibizimiz onu da qeyd edir ki, bu gün dünyada ən çox yayılan onkoloji xəstəliklərdən biri də prostat xərçəngidir. Prostat xərçənginin “doğru” müalicəsi sualı hər il dünyada minlərlə pasiyentin üzləşadiyi çətin suallardan biridir. Prostat xərçəngi mürəkkəb bir xəstəlik olduğundan onun fərqli müalicə üsulları mövcuddur. Pasiyentlər çox zaman təzadlı həkim tövsiyyələri ilə qarşılaşırlar.

Prostat xərçəngi zamanı şüa terapiyası, braxiterapiya, cərrahiyyə, aktiv müşahidə kimi eyni dərəcə də təsirli ola biləcək yanaşmalar mövcuddur: 

“Müalicə taktikasını seçərkən onların müsbət və mənfi tərəflərini nəzərə alaraq şəxsən sizin üçün uyğun olan yanaşmanı müəyyən etmək həlledici önəm daşıyır. 

Məhz bu səbəbdən "German Health Advisors" prostat xərçəngindən əziyyət çəkən əcnəbi pasiyentlərə individual müalicə taktikasının müəyyən edilməsi məqsədilə alman mütəxəssislərinin ikinci rəyni almaq imkanı təklif edir. Mütəxəssislərimizin bu sahədə təcrübələri uzun illər ərzində minlərlə uğurla müalicə edilmiş pasientlərə əsaslanır.

Bu məsələni də yaxından öyrənməyiniz üçün daha bir videonu diqqətinizə təqdim edirik:
 


Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin