MARAQLI TƏCRÜBƏ: 300 milyon dollarlıq su buxarlanmasının qarşısı necə alındı? – VİDEO  

Hazırda oxunan: MARAQLI TƏCRÜBƏ: 300 milyon dollarlıq su buxarlanmasının qarşısı necə alındı? – VİDEO  

0:00
0:00
50566

Suyun dəyəri bəşəriyyət üçün günbəgün daha çox anlaşılır. Xüsusilə də, şirin su qıtlığı, əhalinin sürətli artımı və mövcud hövzələrin çirklənməsi insanları su ehtiyatlarını qorumağa sövq edir. 

Bunun üçün isə müxtəlif alternativ variantlara baş vurulur. Belə varinatlardan biri də ABŞ-da tətbiq olunub.

Belə ki, Los-Anceles şəhərini içməli su ehtiyatları ilə təmin edən Virgenes su anbarında maraqlı təcrübəyə baş vurulub. Suyun buxarlanmasının qarşısını almaq üçün su anbarına 96 milyon top buxaxılıb. Bununla da, su hövzəsinin səthi tamamilə örtülüb.

Ümumilikdə, layihənin tətbiqinə 35 milyon dollar xərclənilib. Nəticədə bir il ərzində 300 milyon dollarlıq suyun buxarlanmasının qarşısı alınıb. 

Nəticə olaraq:

1. Xalq hər il artan su qiymətlərindən azad olur.

2. Suyun dezinfeksiya edilməsi üçün daha az xlora ehtiyac duyulur. 

3. Su günəş işığında xlorla qarışdırıldıqda zəhərli, kanserogen bromat əmələ gətirir ki, bu da xərçəngə yol açır. Toplar isə suda kanserogen maddələrin əmələ gəlməsinin qarşısını alır.

4. Kanserogen maddələrdən başqa suya digər zəhərli elementlərin düşməsini, çirklənmə və yosunların əmələ gəlməsini durdurur.

Bizim.Media 

 

 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin