Rusiyanın xarici işlər naziri Sergey Lavrovun keçirdiyi mətbuat konfransında nazirliyin sözçüsü Mariya Zaxarova ilə Gürcüstanın “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze arasında söz çəkişməsi baş verib.
Bizim.Media xəbər verir ki, S.Lavrov ötən gün İsveçin paytaxtı Stokholmda ATƏT xarici işlər nazirlərinin iclasından sonra jurnalistlərin suallarını cavablandırıb.
Həmin media nümayəndələrindən bir də “Rustavi” telekanalının müxbiri Tamara Nutsubidze olub.
O, S.Lavrova sualı ingiliscə verməyə başlayıb. Bu zaman M.Zaxarova gürcü jurnalistin sözünü kəsərək ona rus dilində danışa bildiyini xatırladıb:
“Tamara, zəhmət olmasa, rusca danışaq. Mətbuat konfransında rusiyalı jurnalistlər də iştirak edir”.
Gürcü jurnalistin cavabı mənfi olub. Bu zaman S.Lavrov “Mən tərcümə edərəm” deyib. Gürcü jurnalist rus dilində NATO ilə bağlı sualına Lavrov rusca cavab verib.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
14:20 / 03.12.2021
Gürcü jurnalist rus dilindən imtina etdi, Lavrov isə... - VİDEO
Hazırda oxunan: Gürcü jurnalist rus dilindən imtina etdi, Lavrov isə... - VİDEO
Hazırda oxunan: Gürcü jurnalist rus dilindən imtina etdi, Lavrov isə... - VİDEO
0:00
0:00
48908
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.