Solovyov bu dəfə erməniləri hədələdi: "O niyə azadlıqdadır?" - VİDEO

Hazırda oxunan: Solovyov bu dəfə erməniləri hədələdi: "O niyə azadlıqdadır?" - VİDEO

45520

Rusiyalı teleaparıcı, ermənipərəst mövqeyi ilə seçilən Vladimir Solovyov bu dəfə Ermənistan əleyhinə kəskin fikirlər söyləyib.

Bizim.Media xəbər verir ki, əvvəlcə erməni xalqını çox sevdiyini deyən Solovyov ötən gün İrəvanda keçirilən mitinq zamanı Rusiyaya qarşı rus dilində sərt fikirlər səsləndirən Vaqe Qasparyan adlı şəxsin sözlərinə hiddətlənib.
 

MÖVZU İLƏ BAĞLI:

İrəvandan mesaj: “Əlvida, çirkli Rusiya” - VİDEO


“Paşinyan və Ermənistan rəhbərliyinə sualım var. Rusiyada bunu necə başa düşək? İkinci Qarabağ müharibəsi zamanı erməniləri əlində silah olan Qasparyan yox, Rusiya sülhməramlıları xilas etdi. Siz acı məğlubiyyətə uğradınız və qalib gəlmək şansınız yox idi. Artsaxı biz ayaqda saxladıq. Bu insan niyə azadlıqdadır? Niyə Ermənistan rəhbərliyi, erməni cəmiyyəti, erməni ziyalıları buna reaksiya vermir? Niyə Rusiya vətəndaşları və Ermənistanı xilas edən rus sülhməramlılar bunu eşitməlidir? Və Soros tör-töküntüsü, ABŞ-ın pulu ilə mövcud olan birisi bunları deyir”. 

Qeyd edək ki, mitinqdə Rusiyaya qarşı sərt fikirlər söyləyən Vaqe Qasparyan deyib ki, tarixdə heç vaxt erməni rus dostluğu olmayıb. O çıxışında rus şair Lermontovun “Əlvida, çirkli Rusiya” sözlərindən istifadə edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin