Amerikanın yaşlı prezidenti Co Bayden “COP26” sammitində səs-küyə səbəb olub.
Daha doğrusu, bu yaşlı adamın bağırsaq qazlarını idarə edə biməməsi onu çıxılmaz duruma salıb.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, ABŞ lideri Kamilla Parkerin çıxışı zamanı özünü saxlaya bilməyib, bildiyiniz, səsli şəkildə arxasından qaz buraxıb.
Almaniyada təbii hadisə sayılan xoşagəlməz hava ifrazı möhkəm və səsli alınıb. Hətta ətrafa pis qoxu yayıldığından iştirakçılar arasında burnunu tutanlar da olub.
Bayden həmin hadisədən bir neçə saat əvvəl sammitdə yuxuya da gedib. 30 saniyəlik gözləri bağlanan Baydeni kostyumlu bir nəfər oyadıb və Co gözlərini açan kimi alqışlamağa başlayıb.
Qeyd edək ki, qaz buraxmaq yaşlı insanlarda daha tez-tez baş verir. Çünki onlar orqanizmlərini ram edə bilmirlər.
Xatırladaq ki, ABŞ-ın 46-cı prezidenti Co Baydenin noyabrın 20-də 79 yaşı bitəcək.
Co Baydenin Almaniyada keçirilən sammitdə başına gələn həmin hadisənin videosunu təqdim edirik:
Bizim.Media