Rus sülhməramlılarından Azərbaycana qarşı Xocavənd XƏYANƏTİ – VİDEOFAKT

Hazırda oxunan: Rus sülhməramlılarından Azərbaycana qarşı Xocavənd XƏYANƏTİ – VİDEOFAKT

44596

II Qarabağ müharibəsini 44 günlük savaş olaraq dayandıran üçtərəfli bəyanatdan sonra Azərbaycanın Qarabağ İqtisadi Rayonunun ermənilər yaşayan hissəsi müvəqqəti olaraq Rusiya sülhməramlı kontingentinin məsuliyyət zonasına verilib.

Bu bir il ərzində rus sülhməramlı missiyası dəfələrlə vəzifələrindən kənar, neytrallığa ziddi addımlar atıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya sülhməramlılarından CİDDİ ADDIM - Xəritələr dəyişdi - FOTO


Bizim.Media xəbər verir ki, Rusiya sülhməramlılarının bu dəfəki qanunsuzluqları coğrafi adların təhrif olunması ilə bağlıdır. Belə ki, onların rəsmi internet səhifələrində də bölüşdükləri videoda Xocavənd rayonu “Martuni” olaraq qeyd olunub.

Gördükləri təhlükəsizlik tədbirləri barədə müsahibə verən sülhməramlılardan biri də Azərbaycanın bu rayonunu “Martuni” adlandırıb. 
 

Məlumat üçün qeyd edək ki, Xocavənd adlı yaşayayış məntəqəsinin adı 1823-cü il Qarabağ Vilayətinin vergi dəftərlərində keçir. Əhalisinin azərbaycanlılardan təşkil olunduğu açıq-aşkar yazılıb.


Xocavənd rayonunun 1923-cu ilədək adı Aşağı Qaranlıq olub. Amma nədənsə ruslar Azərbaycanın Qarabağdakı şəhərlərinə SSRİ dövründə erməni bolşeviklərin yenilədiyi adlarla müraciət edirlər. 

Ətraflı videoda:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin