Qusarın Əniğ kəndində Şəhidlər bulağının açılışı olub.
Bizim.Media-nın məlumatına görə, Vətən Müharibəsinin Əniğ kəndindən olan şəhidləri - leytenant Sərraf İmaməliyevin və çavuş Amrid Yunusovun xatirəsinə həsr edilmiş Şəhidlər bulağı kənd camaatının maddi dəstəyi ilə inşa edilib.
Tədbir Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin orkestrinin ifa etdiyi Azərbaycanın Dövlət Himninin səslənməsi ilə başlayıb.
Açılış mərasimində şəhidlərin ailə üzvləri, döyüşçü dostları, hərbçilər, Qarabağ Müharibəsi Əlilləri, veteranlar və “Şəhid Ailələri İctimai Birliyi”nin Qusar filialının üzvləri, rayon İH-nin əməkdaşları, kənd sakinləri iştirak edib.
Çıxış edənlər Əniğ kəndinin iki qorxmaz şəhidi Sərraf İmaməliyevlə Amrid Yunusovun Vətən Müharibəsində göstərdikləri döyüş şücaətlərinə nəzər salıb, barələrində xatirələrini bölüşüblər.
Aytəkin Alxaslı, Bizim.Media