“CinemaPlus”da “Fulya” filminin nümayişi başladı - VİDEO

Hazırda oxunan: “CinemaPlus”da “Fulya” filminin nümayişi başladı - VİDEO

43827

“CinemaPlus” kinoteatrlar şəbəkəsində 44 günlük Vətən Müharibəsində öz xidməti vəzifələrini yerinə yetirən türk jurnalist Fulya Öztürk və operator Xəlil Qəhrəmanın yaşadıqlarından bəhs edən “Fulya” sənədli filmin nümayişi başlayıb.

Bizim.Media xəbər verir ki, çəkilişlər bu ilin iyun ayında Gəncə, Bərdə, Tərtər, Ağdam, Şuşa və Bakı ərazisində aparılıb.

Film “Azərbaycanfilm” kinostudiyası ilə Türkiyənin “Dada Yapım” şirkətinin birgə istehsalıdır.

“Fulya” sənədli filminin tarixi əhəmiyyətindən danışan ekran əsərinin əsas qəhrəmanı Fulya Öztürk deyib:

“Bu sənədli filmdə ən mühüm səhnə, mənim həmin gecə Gəncədə gördüyüm o körpənin görüntüləridir. Bu kadrlar ilə bütün dünya Ermənistanın körpə qatili olduğunu gördü”.

Telejurnalist Fulya Öztürk diqqətə çatdırıb ki, filmdəki səhnələr hər zaman işğalçı Ermənistanın Azərbaycana qarşı törətdiyi terror aktlarına şahidlik edəcək.

Rejissorlar Aykut Taşkın və Tahir Tahiroviç. Baş rollarda Fulya Öztürk və Halil Kahraman. Müddəti 80 dəqiqə. Yaş həddi 16-nın üzərindədir.

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin