Rusiya Federasiyasının Tatarıstan Respublikasında yaşayış binasında partlayış baş verib.
Bizim.Media xəbər verir ki, Naberejnıye Çelnı şəhərindəki partlayış zamanı binanın damı və üst mərtəbələri dağılıb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Partlayış nəticəsində 4 nəfərin öldüyü, xeyli sayda yaralıların olduğu deyilir.
Qeyd edək ki, Naberejnıye Çelnı paytaxt Kazandan sonra Tatarıstanın ikinci ən böyük şəhəridir.
Bizim.Media