Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO

Hazırda oxunan: Rusiyaya getmək istəyənlərin NƏZƏRİNƏ: QANUNLAR DƏYİŞİR - VİDEO

43001

Yaxın vaxtlarda Rusiyanın miqrantlarla bağlı qanunvericiliyində ciddi yeniliklərin olması gözlənir. Artıq miqrantlar üçün elektron çip sistemi tətbiq ediləcək. Burada əcnəbilərə məxsus əsas məlumatlar əks olunacaq. Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən, giriş məqsədlərini dəyişə biləcəklər.

Bizim.Media xəbər verir ki, Rusiyada miqrasiya qanunvericiliyində təkmilləşdirmələr aparılır.

Qanunvericiliyə edilən son dəyşikliklər Rusiyaya gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin bu ölkədə yaşamasını asanlaşdıracaq.

Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədov "Xəzər Xəbər"ə bildirib ki, miqrantlar üçün vahid sənəd tətbiq ediləcək.

Bu ID kartı miqrantların dövlət xidmətlərinə çıxışını və onların Rusiya ərazisində olmalarının qanuniliyinin təsdiqini asanlaşdıracaq.

Bundan başqa əcnəbilər Rusiyanı tərk etmədən gəliş məqsədlərini dəyişə və digər gəliş məqsədlərini birləşdirə bilərlər.

Həmçinin gəliş məqsədlərindən asılı olmayaraq əcnəbilərə Rusiyada turizm səfərləri etmək və tibbi xidmət almaq imkanı veriləcək. Xarici vətəndaşlar yeni növ viza - adi tibbi viza ala biləcəklər.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin