Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın oktyabrın 20-də Zəngilanda rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdüyü barədə xəbər vermişdik.
Bizim.Media xəbər verir ki, onlar arasında Vətən Müharibəsi Qəhrəmanı şəhid Surxay Noçuyevin atası da olub.
Şəhid atası Əbdül Noçuyev Prezidentlə söhbətində oğlu, tabor komandiri, kapitan Surxay Noçuyevin Şuşa uğrunda gedən döyüşlərdə müharibənin 44-cü günündə qəhrəmancasına şəhid olduğunu bildirib.
MÖVZU İLƏ BAĞLI:
Prezident Şəhriyar Məmmədyarovun atası ilə GÖRÜŞDÜ - VİDEO
Prezident şəhidlərimizin Azərbaycan xalqının ürəyində daim yaşayacağını bildirib. Şəhid atasına belə vətənpərvər ruhda övlad böyütdüyü üçün təşəkkür edən İlham Əliyev onu qucaqlayıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media