Ötən gün Sumqayıt şəhərindəki şadlıq evlərinin birində keçirilən toyda duyğusal anlar yaşanıb.
Bizim.Media xəbər verir ki, Qabil adlı bəyin dostları arasında Vətən Müharibəsi qazisi Camal İlqar oğlu Alxasov da olub.
Bəy və dostları Vətən Müharibəsində hər iki ayağını itirmiş Camalı əhatəyə alaraq möhtəşəm rəqs ediblər.
Olduqca nikbin və şən görünən Camal da oturduğu yerdə dostlarına qoşulub. Hətta bəyin dostlarından biri Camalı qucağına alaraq da rəqs edib.
Qazi Camal Alxasov və dostları vətənvərlik mahnısında səslənən həzin mahnının sədaları altında oynayıblar.
Qeyd edək ki, əslən Qubadan olan Camal Alxasov Sumqayıt şəhərində doğulub. Vətən müharibəsi başlayanda döyüşlərdə fəal iştirak edib. 2020-ci il oktyabrın 31-də Qubadlıda düşmənin atdığı mərminin partlaması nəticəsində ağır yaralanıb və hər iki ayağını itirib.
Göstərdiyi şücaətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Cəsur döyüşçü", "Cəbrayılın azad olunmasına görə" və “Qubadlının azad olumasına görə"medalları ilə təltif edilib.
Videogörüntünü təqdim edirik:
Aytəkin Alxaslı, Bizim.Media