44 günlük savaşın 20-ci günü humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələrinin Ağcabədi, Tərtər, Ağdam Və Goranboy rayonunun ərazilərini atəşə tutması ilə başlayıb.
Bizim.Media Vətən müharibəsinin 20-ci gününə (16 oktyabr) aid olan xronikasını təqdim edir.
Müdafiə Nazirliyinin məlumatı:
- İşğaldan azad edilmiş Cəbrayıl və Hadrut istiqamətlərində yerləşən bölmələrimizin mövqelərini, eləcə də cəbhə xəttinə yaxın kəndləri düşmən gün ərzində raket, artilleriya və minaatanlardan atəşə tutub.
- Ermənistan silahlı qüvvələrinin 10-cu alayın müdafiə zolağına könüllüləri daşıyan avtomobil texnikasının vurulması nəticəsində ölən və yaralanan var. Geri çəkilən düşmən, xeyli sayda avtomobil və zirehli texnikanı mövqedə buraxaraq qaçıb.
-Dağlıq Qarabağ ərazisinə gələn muzdluların bir qisminin döyüşə girməkdən imtina etməsi məlum olub.
- Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 1 ədəd BM-21 “Qrad” YARS, 5 ədəd D-30 haubitsa topu, 2 ədəd ZSU-23-4 “Şilka” özüyeriyən zenit qurğusu və döyüş sursatı ilə yüklənmiş 8 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Günorta saatlarında da atəşkəs rejimi pozulur...
- Humanitar atəşkəs rejimini kobudcasına pozan Ermənistan silahlı qüvvələri günorta saatlarında da Goranboy, Tərtər, Ağdam, Ağcabədi və Füzuli rayonlarının ərazilərini atəşə tutmağa davam edir.
- Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Qubadlı rayonu ərazisindən atdığı əməliyyat-taktiki raket Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində partlayıb. Dinc sakinlərə və mülki obyektlərə zərər dəyməyib.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndlərinin işğaldan azad edildiyi barədə paylaşım edib:
“Rəşadətli Azərbaycan Ordusu tərəfindən Xocavənd rayonunun Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad edilib. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
- Müdafiə Nazirliyi işğaldan azad olunan Hadrut qəsəbəsindən yeni və Xocavənd rayonunun işğaldan azad olunan kəndlərinin videogörüntülərini yayıb.
Videogörüntüləri təqdim edirik:
Bizim.Media