“Ölümü adi qarşıla” - “Netflix”in teleserialları KÜTLƏNİ nəyə hazırlayır? – ŞƏRH+ VİDEO

Hazırda oxunan: “Ölümü adi qarşıla” - “Netflix”in teleserialları KÜTLƏNİ nəyə hazırlayır? – ŞƏRH+ VİDEO

41619

Daha əvvəl də xəbər verdiyimiz kimi, “Netflix” teleseriallarından biri 25 günə 100 milyondan çox insan tərəfindən izlənilib. Söhbət Cənubi Koreyadan olan rejissor Hvan Don-hekanın "Kalamar oyunu"dan ("Squid game") gedir.

Bizim.Media xəbər verir ki, buna əsas səbəblərdən biri də 9 bölümlük ekran əsərinin sosial şəbəkələr vasitəsilə reklam olunmasıdır. 
 

MÖVZU İLƏ BAĞLI:

"Netflix"in ən çox izlənən serialı – 25 günə 111 milyon baxış - VİDEO 


Teleseriala Azərbaycanda da az adam baxmayıb. Özümün də izləmiş olduğum serial Cənubi Koreya həyatından götürülüb. Əvvəlcə serial barədə məlumat verək:

Film əsasən baş qəhrəmanın üzərində qurulub və hadisələr onun şəxsi həyatı ilə başlayır. İşindən qovulmuş, ailəsindən boşanmış, qızından ayrı düşmüş kişinin banklara, kriminal dəstələrə külli miqdarda borcu var. Onun anasının isə ayaqları xəstədir və evin tək çalışanı da məhz valideynidir. Bu qədər problemi olan şəxs həm də qumar aludəçisidir və əslində problemlərini bu yolla, asan uduşla nizamlamaq istəyir. Bir gün rəsmi geyimdə olan tanımadığı adamdan aldığı təklif isə onun həyatını dəyişəcək kimi görünür. Ona milyonlar təklif olunur və əvəzində sadəcə olaraq müxtəlif oyunların iştirakçısı olacağı deyilir.

Avtomobildə təşkilatçılarla görüşən insan yuxuya verilir və gözünü açanda naməlum yerdə 456 nəfərin içində olduğunu görür. 

İştirakçılara tavandakı uduş təqdim olunur və oyunlar başlayır. İlk oyunda tapşırıqları səhv yerinə yetirən onlarla insanın öldürüldüyünü görən digər iştirakçılar anlayırlar ki, bura ölüm-dirim mübarizəsi meydanıdır və pul yalnız qalib gələn1 nəfərə çatacaq. Bütün iştirakçılar sosial problemli insan olduğuna görə, oyunda qalmağa razılaşırılar. Final mərhələsində oyunda milyonlarla dollar bəhsə girən bəzi oliqarxlar da təqdim olunur. Yəni, varlılar kasıblardan oyuncaq kimi istifadə etmək, onların qətllərinə baxmaqdan həzz alırlar.

İlk bölümlərdə sosial problemlər, müəyyən haqsızlıqların işıqlandırılmasından dolayı izləyicilərdə çoxbölümlü kino barədə müsbət fikir formalaşır. Amma pula görə arvadının ərini, birinin qohumunu, qonşusunu qətlə yetirməsi, insanların minbir sifət almasının başqa məqsədlərə xidmət etməsini anlamaq çətin deyil.

Bəzi azad ekspertlər serialı insan təfəkkürlərinin gələcəyə hazırlığı kimi qiymətləndirir:

⦁    Kütləvi aclıq olacaq

⦁    Sosial problemlər vətəndaş müharibələrinə gətirəcək

⦁    Zəif dövlətlər və sakinləri dünya hegemonlıarının vassal, köləsinə dönəcək. Bu isə onların taleyinin öz əllərində olmaması deməkdir.

⦁    Ən əsası da ölüb-öldürmək normal hadisə kimi psixologiyalara təbliğ olunur

Onu da qeyd edək ki, Cənubi Koreya dünyanın iqtisadi inkişaf etmiş ölkələrindən biri sayılır.

Yəni, Seuldan bərbad vəziyyətdə olan paytaxtlar var. Müxtəlif ictimai fəallar bu tip teleserialları son onilliklərdə olan hadisələrin davamı adlandırır:

1. Yaxın Şərqdə terror hadisələri normal olay kimi qarşılanır 

2. Afrikanın böyük güclərin virus laboratoriyası olmasından hər kəs yazır

3. Aclıq və səfalətdən, ekoloji problemlərdən ölənlərin sayı adi rəqəmlər təsiri bağışlayır

4. COVİD-19 ilə bağlı ölüm statistikasının artması heç kəsdə təşviş yaratmır, insanları təəccübləndirmir

Mütəxəssislərin fikrincə, dünyaya buraxılan yeni oyun qaydalarının insanlar tərəfindən qəbul olunması bəzən bir neçə ay, hərdən isə 2-3 il çəkir. Pandemiya da bu oyunun hələki son gedişidir. Ardı olacaq. Yəni, bəhs etdiyimiz teleserialın ikinci sezonu da gözlənilir.

Anar Rəhimov, Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin