İlisu qoruğunda dağ keçilərinin hərəkəti başladı - FOTO+VİDEO

Hazırda oxunan: İlisu qoruğunda dağ keçilərinin hərəkəti başladı - FOTO+VİDEO

41589

Bu gün Azərbaycanda Qoruq işçilərinin peşə günü kimi qeyd edilir. Ümumilikdə, Azərbaycan ərazisində 13 dövlət təbiət qoruğu və 9 milli park var. 

Elə bu gün münasibətlə Qax rayonu ərazisində yerləşən İlisu Dövlət Təbiət Qoruğunun direktor əvəzi Azərçin Muradovla söhbətləşdik.

O, Bizim.Media-ya açıqlamasında bildirib ki, fəaliyyət göstərdiyi qoruq onun ikinci yaşayış məskənidir. 

Azərçin Muradov deyir ki, qoruğun təməli 1987 -ci ildə qoyulub. O zamanlar 9300 hektar torpaq sahəsində yaradılan bu əsrarəngiz bölgənin ərazisi 2003-cü ildə genişləndirilərək 17 381 hektara çatdırılıb. Azərçin Muradov həmçinin qeyd edib ki, hazırda İlisu Dövlət Təbiət Qoruğu və onun tərkibində olan Qax Dövlət Yasaqlıqları daxil olmaqla xüsusi mühafizə olunan ərazinin sahəsi 54217 hektardır.

Onun sözlərinə görə, İlisu Qoruğu Qafqaz üçün çox əhəmiyyətli mövqedə  yerləşir:

"Böyük Qafqazla Kiçik Qafqaz arasında prioritet dəhliz rolunu oynayan dağ silsiləsi var. Bu dağ silsiləsinin Azərbaycana aid olan hissəsinin adı Axar-Baxar dağ massividir. Bu ərazi həm relyef, həm biomüxtəlifliyin baxımından çox əsrarəngiz landşaftdır. Acınovur, Sarıca çölü və Alazan vadisindən başlayaraq Qax  rayonunun inzibati ərazisində 5 iqlim tipinin  mövcud olduğu  bir neçə landşaftdan ibarətdir. Yəni burada həm yarımsəhra, çöl, çəmən, düzən meşəlik, həm dağ meşəlik, həm də su - bağ çəmənliyi var. Hər birinin də özünəməxsus xarakterik fauna və florası mövcuddur”. 

İlisu Dövlət Təbiət Qoruğunun rəsmisi qoruğun ərazisində Böyük Qafqaz və  Orta Boz Dağ silsiləsinə aid olan bitki örtüyünün və heyvanat aləminin də mövcud olduğunu söyləyib.

"Qoruğun ərazisində Azərbaycanda mövcud olan yalnız Xəzər suitisi istisna olmaqla 18 növ yırtıcı məməli heyvan var. Qoruğun ərazisində həmçinin Qafqaz qonur ayısı, nəcib maral, Şərqi Qafqaz turu, ceyran, canavar, köbkər, çöl donuzu, tülkü  və diğərlərinə rast gəlmək olar”.

Azərçin Murradovun sözlərinə görə, İlisu Dövlət Qoruğunun ərazisində yırtıcı-qartal, kərkəz, şahin də daxil olmaqla 90-a yaxın quş növü  də var. Qırğılar, qırğıkimilər, Qafqaz tetrası kimi qiymətli quşlar da qoruq ərazisinin daimi sakinlərindəndir. 

İlisu qoruğundan maraqlı görüntüləri təqdim edirik:

Aytəkin Alxaslı, Bizim.Media
 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin