Erməni hüquq müdafiəçisi Georgi Vanyan “Sülh mübarizəsi” verilişində Emin Milli ilə söhbəti zamanı maraqlı açıqlamalar verib.
Bizim.Media xəbər verir ki, 1988-ci ildə ilk erməni dissidenti Paruyr Hayrikyandan danışan Vanyan onun 1988-ci ildə 15 dəqiqəlik Ermənistanın prezidenti olduğunu deyib.
MÖVZU İLƏ BAĞLI:
“Eks prezidentlərin hakimiyyətə qayıtması Ermənistan üçün təhqirdir” – Georgi Vanyandan ÖZƏL MÜSAHİBƏ
“Hayrikyan o zamanlar açıq şəkildə bildirib ki, Sumqayıt hadisələri iki xalq arasında müharibənin başlanamsı üçün SSR KQB-si tərəfindən qurulan bir oyundur.
Onda o, erməni xalqı arasında böyük nüfuza malik idi və xalq onun sözünü eşidirdi. Bundan başqa o iki qonşu xalq olan Ermənistan və Azərbaycanı yalnız müstəqillik qazandıqdan sonra və demokratikləşmə prosesində Qarabağın gələcəyi ilə bağlı dostluq və sivilizasiya dialoqu qurmaq üçün birləşməsini təklif edirdi”.
Vanyan həmçinin qeyd edib ki, bu mövqeyinə görə, o, dərhal həbs olunaraq, Ermənistandan əvvəl Efiopiyaya, daha sonra isə ABŞ-a sürgün edilib. Bununla da o, Ermənistanın siyasətindən uzaqlaşdırıldı. Onun sözlərinə görə, bu ölkələrdə yaşadığı zaman Ermənistana qayıda bilməməsi üçün hətta pasportu belə əlindən alınıb.
“Hazırda ona qarşı təqiblər davam edir, çünki o, ara qatan, sülh istəməyən qüvvələr, gizli təşfiyyat üçün təhlükəlidir. O, hələ də sülh istəyən erməni cəmiyyəti ilə əlaqə qurmaqdan təchiz olunub”.
Qeyd edək ki, Paruyr Hayrikyan sülh tərəfdarı hüquq müdafiəçisidir və iki xalqın mütləq sülh şəraitində yaşamasının tərəfdarı idi. Elə bu əqidəsinə görə o, uzun müddət həbsdə yatıb və təqiblərə məruz qalıb.
Vanyan müsahibəsi zamanı regionda sülh danışıqlarının, iki xalq arasında dialoq məsələlərinə də toxunub. O, qeyd edib ki, dəfələrlə bu cür təkliflərlə cəmiyyətə müraciət edib.
“Mən düşünürəm ki, Ermənistan və Azərbaycan liderləri heç bir vasitəçi olmadan mütləq görüşüb, sülhün bərpası üçün öz aralarında razılığa gəlməlidirlər. Mən bunu Paşinyana müharibə zamanı da təklif etmişəm. Müharibə zamanı nazirə yazdığım açıq məktubda onun təcili olaraq İlham Əliyevlə sülh danışıqlarına başlamasını qeyd etmişəm”.
Vüsalə Balayeva, Bizim.Media