Bakıda sərxoş halda qəza törədən sürücü ilə bağlı qərar verilib.
Daxili İşlər Nazirliyindən (DİN) Bizim.Media-ya verilən məlumata görə, Yasamal Rayon Məhkəməsinin qərarı ilə sürücü həbs edilib.
İnzibati Xətalar Məcəlləsinin 535-ci maddəsinə uyğun olaraq 10-UL-419 dövlət qeydiyyat nişanlı “Opel” markalı avtomobilin sürücüsü Rüstəmov Elvin Şünası oğlu barədə bir ay müddətinə inzibati qaydada həbs cəzası verilib.
Eyni zamanda o, iki il sürücülük hüququndan məhdudlaşdırılıb.
Bizim.Media