Lavrov NATO-nun Mərkəzi Asiya ilə bağlı planını açıqladı - VİDEO

Hazırda oxunan: Lavrov NATO-nun Mərkəzi Asiya ilə bağlı planını açıqladı - VİDEO

41220

NATO Əfqanıstandan çıxdıqdan sonra qüvvələrini Mərkəsi Asiyaya köçürmək istəyir.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində keçirdiyi görüşdə deyib.

O, qeyd edib ki, Moskva Mərkəzi Asiyada vəziyyətin "gərginləşdirilməsi" cəhdlərini müşahidə edir:

“Şimali Atlantika Alyansı qüvvələrini bölgəyə yerləşdirməyi və oraya əfqan qaçqınlarını göndərməyi planlaşdırır”.

Xatırladaq ki, Nur-Sultanda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Konfransına (CICA) üzv dövlətlərin xarici işlər nazirlərinin 6-cı iclası keçirilir.

Azərbaycanı tədbirdə xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin