Yozef Şuts məhkəməyə üzünü qovluqla bağlayaraq daxil olub. O, Bradenburqdakı keçmiş nasist konslagerinin mühafizəçisi olub.
Bizim.Media “euronews”a istinadən xəbər verir ki, Yozef 3500 nəfərin ölümündə iştirak ittihamı ilə günahlandırılır.
Onun qoruduğu Zaksenhauzen konslageri nasistlərin təlim poliqonu kimi olub. Onlar burada insanları kütləvi öldürmək üsullarını məşq edirdilər. II Dünya Savaşında orada on minlərlə insan qətlə yetirilib.
Məhkəmədə ölənlərin qohumları, sağ qalan keçmiş əsirlər də iştirak edib. 3 il həmin konslagerdə xidmıət edən Şuts günahını etiraf etmir. Üzr istəmək və izahat verməkdən imtina edib.
Videonu təqdim edirik:
Bizim.Media