Azərbaycanın tarixi şəhəri Şuşa 28 illik işğaldan azad edildikdən sonra orada ilk azan noyabrın 10-unda əsgər Qurbanəli Əliyev tərəfindən oxunmuşdu.
Bizim.Media xəbər verir ki, Qurbanəli Əliyev bugünlərdə Şuşaya səfər edib.
Şuşa şəhəri “Twitter” səhifəsində bu barədə video paylaşılıb.
Qurbanəli Əliyev ilk azan verdiyi anları belə xatırlayıb:
“Həmin vaxt hələ də erməni partizanları qalmışdı. Bizim hərbçilər mənə dedilər, “yuxarı çıxma, təhlükəlidir”. Dedim, “Ölərik şəhadətdir, qalarıq zəfərimizdir”. Şükür olsun, başıdik gəzirik”.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media
Şuşada ilk azanı oxuyan Qurbanəli Əliyev yenidən Şuşada! #Şuşa #Shusha #ŞDQ pic.twitter.com/n4guHVVvWn
— Shusha City-Şuşa Şəhəri (@ShushaCity2021) October 6, 2021