Xalq artisti Nazpəri Dostəliyeva vəfat edən oğlu Əli Quliyevin qəbrini ziyarət edib.
Bizim.Media xəbər verir ki, sənətçinin həmin görüntüləri "ATV" kananlında yayımlanan "1 dəqiqə" proqramında nümayiş olunub.
Xalq artisti 41 yaşında ürək çatışmazlığından həyatını itirən oğlunun məzarı başında şeir səsləndirib. Dostəliyevanın göz yaşlarına hakim ola bilməyib.
Sənətçi oğlunun son nəfəsini verdiyi anı belə xatırlayır:
"Yatanda yuxuma da girməzdi ki, bir gün Əli vəfat edər. Əvvəl özünü pis etməyə başladı. Biz də həkimlərə zəng etdik. Kardioloqlardan biri dedi ki, Nazpəri xanım artıq ona toxunmayın. Həmin vaxt Əlini qucaqlayıb bağrıma basdım. Mənə deyirdi ki, sən xalqın sənətkarısan, heç vaxt əyilmə!".
Bizim.Media
- A-
- A
- A+
Multimedia
11:33 / 07.10.2021
Nazpəri Dostəliyeva oğlunun məzarı başında hər kəsi KÖVRƏLTDİ - VİDEO
Hazırda oxunan: Nazpəri Dostəliyeva oğlunun məzarı başında hər kəsi KÖVRƏLTDİ - VİDEO
Hazırda oxunan: Nazpəri Dostəliyeva oğlunun məzarı başında hər kəsi KÖVRƏLTDİ - VİDEO
40517
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.