“Xameneinin burada niyə nümayəndəsi olmalıdır ki?” – İqbal Ağazadədən SƏRT AÇIQLAMA - VİDEO

Hazırda oxunan: “Xameneinin burada niyə nümayəndəsi olmalıdır ki?” – İqbal Ağazadədən SƏRT AÇIQLAMA - VİDEO

40406

“Başqa ölkənin dini qurumlarının Azərbaycanda nümayəndəliyi ola bilməz”.

Bizim.Media xəbər verir ki, bunu Ümid Partiyasının sədri İqbal Ağazadə canlı yayımların birində deyib.
 

MÖVZU İLƏ BAĞLI:

İranın Azərbaycandakı səfiri təlimlərə AYDINLIQ gətirdi - "PLANLI OLUB" - FOTO


Siyasətçinin sözlərinə görə, Xameneinin Bakıda Ocaq Necatı nümayəndə kimi saxlaması qanuna ziddir.

“Xameneinin burada niyə nümayəndəsi olmalıdır ki? Xamenei mənim dini rəhbərim deyil, o mənim ali dövlət rəhbərim deyil və s.” deyən İqbal Ağazadə bildirib ki, bütün bunlar aradan qalxmalıdır:

“Öz də çox tezliklə aradan qalxmalıdır. Ən başlıcası ona görə aradan qalxmalıdır ki, bu gün belə vasitələrlə Azərbaycada bir sıra insanların hürafata meyilliliyindən, savadsızlığından, o cümlədən, inam və imanının yüksək, lakin düşünmə imkanlarının məhdud olmasından istifadə edərək onlarda təriqər fanatizm yaradırlar. Belələri bəzi hallarda öz dövlətinin maraqlarını başqa dövlətin qurban verməyə cəhd edirlər”.

İqbal Ağazadənin toxunduğu ən maraqlı məqamlardan biri də o oldu ki, “Azərbaycan Cinayət Məcəlləsinin konkret maddəsi ilə başqa ölkələrə agentura sistemninə çalışmaq və yaxud xüsusi xidmət orqanları ilə təmasa keçmək baxımından indiyə qədər həyata keçirilən məhkəmələrdə cinayət işlərini götürüb saf-çürük etsək, bunu rəqəmlərin dii ilə desək, qaldırılan cinayət işlərinin 70-80 faizi bilavasitə İrana bağlıdır”.

Daha ətraflı videoda:

Bizim.Media 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin