Biləsuvarda şəhid Vətən Müharibəsi qəhrəmanı, kapitan Cavid Mahmudovun anım günü qeyd olunub.
Bizim.Media xəbər verir ki, mərasimdə Müdafiə Nazirliyin rəsmiləri də iştirak edib.
Şəhidin anım günündə doğulduğu Biləsuvarın Aşağı Cürəli kəndində inşa edilən bulaq xatirə kompleksinin açılışı olub.
“Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülən şəhidimiz kapitan Cavid Mahmudov ölümündən sonra “Vətən uğrunda” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif olunub.
Ziyalı ailəsinə böyüyən qəhrəmanımız anası Nəsibə müəllim Vətən Müharibəsi başlayandan Cavidlə bərabər dörd şəhid şagirdini torpağa tapşırıb.
Bizim.Media