Türkiyə Prezidenti Tayyip Ərdoğan səhhətinin pis olması ilə bağlı ölkədə yayılan informasiyaya Telegram kanalında basketbol oynadığı videosu ilə cavab verib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumat “RİA Novosti” agentliyində yer alıb.
Mənbə yazır ki, daha əvvəl “Foreign Policy” jurnalı Ərdoğanın son vaxtlar çəkildiyi bəzi videolarda yaxşı görünmədiyini iddia edən bir köşə yazısı nəşr etmişdi.
Müəllifə görə, pilləkənlərlə yuxarı qalxanda həyat yoldaşı ona kömək edib.
MÖVZU İLƏ BAĞLI:
Ərdoğan Azərbaycana gələcəyi tarixi AÇIQLADI - VİDEO
Atatürk türbəsinə gedəndə də çətinliklər yaşadığı iddia edilir. Nəhayət, üçüncü videoda Ərdoğan guya sözləri düzgün ifadə etməyib.
Türkiyə liderinin yerləşdirdiyi videoda yaşıdları ilə birlikdə "R. Tayyip Erdoğan" yazısı olan 15 nömrəli idman geyimində basketbol oynayır. Eyni zamanda Türkiyə Prezidenti komanda kapitanı kimi çıxış edir və tərəfdaşlarını cəsarətləndirir:
"Hadi, Fahrettin! Yaxşı, sən nə edirsən, Şükür? ... Həmzə, topu tut, Serkana ver!". Videoya görə Ərdoğan bir neçə təsirli zərbə vurmağı və komandasına qələbə gətirməyi bacarıb. Oyunun sonunda Türkiyə lideri hakimdən komandaya neçə xal gətirdiyini soruşub, "27" cavabını eşidərək məmnuniyyətlə "əla" deyib.
Ərdoğan videoya "İdmanla məşğul olmaq sağlamlıq üçün vacibdir və bunu həftədə üç dəfə edirəm. Hərəkət etmək xoşbəxtlikdir" qeydini yazıb.
Bizim.Media