Vətən Müharibəsinin başlamasından bir il sonra, o günlərin xüsusilə də təmas xəttindən kənarda yerləşən yaşayış məntəqələrini erməni ordusunun vəhşicəsinə bombalaması ilə əlaqədar indiyə qədər bilinməyən bəzi detallar tədricən ortaya çıxmağa başlayır.
Bizim.Media xəbər verir ki, cəbhədə tam məğlubiyyətə düçar olan və bununla da insanlıq simasını tamamilə itirən Ermənistanın hərbi-siyasi rəhbərliyi Azərbaycanın dinc şəhərlərinin atəşə tutulması üçün cinayətkar əmri verib.
MÖVZU İLƏ BAĞLI:
"Azərbaycan mina xəritələri ilə bağlı Ermənistana müraciət edib" - Hikmət Hacıyev
Tərtərin gecə-gündüz atəşə tutulması, eləcə də yuxuda olan Gəncəyə raket zərbələri endirilməsi həm beynəlxalq hüquqa, həm də müharibənin elementar normalarına açıq-aşkar təhdid idi.
Həmin vaxt mülki əhali arasında çoxsaylı itkilərin qarşısını almaq və onların təhlükəsizliyini təmin etmək üçün Azərbaycan tərəfi düşmənlə əlaqə yaratdı.
Məlumatlı mənbələrdən “Caliber”ə məlum olub ki, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici Siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik vasitəsi ilə Ermənistanın müdafiə naziri David Tonoyana Azərbaycanın dinc şəhərlərinin atəşə tutulmasının alçaqlıq olduğunu bildirib və müharibənin bu cür vəhşiliyi istisna edən elementar qaydalarına riayət etməyə çağırıb.
Bizim.Media