1993-cü ilin bu günü tariximizi necə dəyişdi? - VİDEO

Hazırda oxunan: 1993-cü ilin bu günü tariximizi necə dəyişdi? - VİDEO

39915

1993-cü il oktyabrın 3-ü müstəqil Azərbaycanın xilas günü oldu.

Bizim.Media xatırladır ki, həmin tarixdə Azərbaycan Respublikasında prezident seçkiləri keçirildi.
 

Bu, Azərbaycan xalqı üçün mühüm tarixi hadisə, müstəqil Azərbaycan dövləti üçün isə qurtuluşa gedən yolun ilk pilləsi oldu.


Xalq bir daha əmin oldu və sübut etdi ki, doğru seçim edib.

1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıtması nəticəsində Respublika ərazisində səpələnmiş silahlı cinayətkar dəstələr zərərsizləşdirildi, vətəndaş müharibəsi təhlükəsinə, separatçı meyillərə son qoyuldu, ölkədə baş verən hərc-mərclik tədricən aradan qaldırıldı, daxili sabitlik yarandı, insanların bir-birinə və dövlətə olan inamı bərpa edildi və təcavüzkar Ermənistan Respublikası ilə atəşkəs əldə olundu.

Azərbaycanın tədricən parçalanması dayandırıldı, itirilmiş torpaqlarımızın geri qayıdacağına ümid işığı yandırıldı.

Azərbaycan tədricən beynəlxalq aləmdə nüfuz qazanmağa başladı, elə bu dövrdə Azərbaycanın iqtisadi inkişafında sıçrayış edən “Əsrin müqaviləsi” imzalandı, Azərbaycan dünyanın aparıcı dövlətləri ilə tərəfdaşlıq və strateji müttəfiqlik səviyyəsinə qalxdı, çünki onun lideri, onu təmsil edən dövlət başçısının dünya siyasətçiləri yanında nüfuzu var idi, sözünün gücü, imzasının sanbalı var idi.


Bu günümüzün, bir il əvvəl qazandığımız ən böyük tarixi Qələbəmizin bünövrəsi həmin illərdə qoyulub və Ulu Öndərin layiqli davamçısı İlham Əliyev tərəfindən həyata keçirilib.

Aytəkin Alxaslı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin