Ağdaşın daha bir kəndinin sakinləri mavi qazın olmamasından əziyyət çəkirlər. Dəfələrlə aidiyyətı qurumlara müraciət etsələr də, hələ də heç bir nəticəsi yoxdur.
Bizim.Media xəbər verir ki, həyətlərdə olan meyvə ağacları kəsilir, ya da yol kənarında olan qurumuş ağaclar doğranaraq qış üçün tədarük görülür.
MÖVZU İLƏ BAĞLI:
Dəm qazından boğulmaların günahı kimdədir? – “Xalq məndən inciməsin…” - EKSPERT
Ağdaş rayonunun Qaradeyin kəndində illərdir mavi qaz olmadığından sakinlər soyuqdan qorunmağın yeganə rolunu bunda görürlər.
Sakinlər deyirlər ki, kəndə qaz sonuncu dəfə 30 il əvvəl verilib.
Hər il yay aylarında qış fəslinə hazırlıq gedir. Sakinlər soyuq aylarda evlərini qızdırmaq üçün həyətdə olan meyvə ağaclarını kəsmək məcburiyyətində qalırlar.
Sözügedən videonu təqdim edirik:
Bizim.Media