Keçmiş prezident Mixail Saakaşvilinin həbsinin ilk görüntüləri yayımlanıb.
Bizim.Media xəbər verir ki, bu haqda informasiya Gürcüstanın “apsny.ge” saytında yerləşdirilib.
"Mtavari Arxi" telekanalının baş direktoru Nika Qvaramiyanın sözlərinə görə, Saakaşvili Tbilisidə saxlanılıb.
MÖVZU İLƏ BAĞLI:
Saakaşvili həbsxanaya belə gətirildi – ANBAAN VİDEO
O, həbs olunmazdan əvvəl tərəfdarlarına video müraciət edərək onları sabah, oktyabrın 2 -nə təyin olunan seçkilərdə iştirak etməyə çağırıb.
Hazırda Mixail Saakaşvili Rustavi şəhərindəki 12 saylı cəzaçəkmə müəssisəsindədir. Sabah Gürcüstanın ictimai müdafiəçisi Nino Lomjariya həbsxanada onu ziyarət edəcək.
Saakaşvilinin tərəfdaşı Giorgi Kapanadze RİA Novosti -yə bildirib ki, o, sülh yolu ilə konstitusiyaya əsaslanaraq azad ediləcək.
Bizim.Media