UEFA Konfrans Liqasında qrup mərhələsinin II turunun oyunlarından sonra həftənin ən yaxşı qolu adına namizədlər bəlli olub.
Bizim.Media xəbər verir ki, siyahıda Kiprdə "Omoniya"nı 4:1 hesabı ilə məğlub edən “Qarabağ”ın oyunçusu Kadri Borges də yer alıb.
Matçda dubl edən 25 yaşlı braziliyalı yarımmüdafiəçi 52-ci dəqiqədə uzaq məsafədən baxımlı qol vurub.
Digər namizədlər Aleksandr Qlişiç (“Alaşkert”, Ermənistan), Maksimilian Vittek (“Vitess”, Niderland) və Ziqa Kousdur (“Mura”, Sloveniya).
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər tərəfindən seçiləcək.
Bizim.Media
Goal of the Week contenders ⚽️ Who gets your vote?
— UEFA Europa Conference League (@europacnfleague) September 30, 2021
⚽️ Kady
⚽️ Maximilian Wittek
⚽️ Žiga Kous
⚽️ Aleksandar Glišić@Heineken | #UECLGOTW | #UECL pic.twitter.com/C9fU8A6Lns