Mixail Qusman: “İlham Əliyevin müsahibələri ən güclü informasiya silahıdır” - VİDEO

Hazırda oxunan: Mixail Qusman: “İlham Əliyevin müsahibələri ən güclü informasiya silahıdır” - VİDEO

39471

“Prezident İlham Əliyev 27 sentyabrı Anım Günü etdi. Bu çox simvolik və mühüm addımdır. Həqiqətən də bu, şəhid ailələri, yetişən nəsil üçün də önəmlidir. Çünki yeni nəsil də qəhrəmanların nümunəsində tərbiyə olunmalıdır”.

Bizim.Media xəbər verir ki, bunu “TASS” agentliyinin direktor müavini Mixail Qusman Azərbaycan telekanallarından birinə müsahibəsində deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev: "İkinci Qarabağ müharibəsi onların bizim qarşımızda heç bir şansının olmadığını göstərdi"


İkinci suala cavabda Qusman I Qarabağ savaşından da söz açıb:

“I Qarabağ müharibəsi də yaxşı yadımdadır. O vaxt Bakıda, Azərbaycanda yaşamasam da, dəfələrlə müharibənin özündə də olmuşam. Hadisələrin necə cərəyan etdiyini görürdüm, Qarabağın erməni cəmiyyətinə girən separatçılığı da sezirdim. Məhz bu separatçılıq SSRİ-nin dağılmasında açar rolunu oynadı”.

Mixail Qusmanın fikrincə, o vaxtlar insanlar separatçılığın hansı dəhşətlərə səbəb olacağını bilmirdi:

“Həmin savaşdan 30 il keçib. Ədalətsizlik və işğal yaranmışdı. Hamı bilirdi ki, bu vəziyyət sonsuza qədər davam edə bilməz. Təəssüf ki, diplomatik səylər, Minsk Qrupunun işi nəticəsiz qalırdı. Belə situasiyada isə Azərbaycanın qətiyyəti həm  BMT qətnamələrini yerinə yetirdi, həm də beynəlxalq ədaləti bərpa etdi. 44 gün davam edən savaşın Vətən Müharibəsi adlandırılmasına tam haqqı çatırdı. Çünki Qarabağın erməni işğalına son qoyuldu”.

Mixail Qusman 44 günlük müharibə ərzində İlham Əliyevin verdiyi intervülərə də toxundu:

“İlham Əliyevin müsahibələri Azərbaycanın həmin zaman kəsiyində ən güclü informasiya silahı idi. Unutmaq olmaz ki, bütün müharibələr informasiya savaşı ilə də müşayiət olunur.  İlham Əliyevin sayəsində Azərbaycan Ermənistanla informasiya savaşının da qalibi çıxdı”.

Qusmanın bu və digər dedikləri haqqında ətraflı videoda:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin