İlham Əliyevin “France 24”ə müsahibəsində verdiyi vacib MESAJLAR – TAM VİDEO

Hazırda oxunan: İlham Əliyevin “France 24”ə müsahibəsində verdiyi vacib MESAJLAR – TAM VİDEO

39312

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 28-də Fransanın nüfuzlu “France 24” televiziyasına müsahibə verib.

Sözgedən müsahibə Prezidentin bir sıra maraqlı və səlis açıqlamaları ilə yadda qalıb:

“Azərbaycan heç vaxt danışıqlardan imtina etməyib”.

 İlham Əliyev müsahibəsi zamanı regionda sülhün bərqərar olması üçün Azərbaycanın atdığı addımlara əsaslı yer verib. Belə ki, ölkə başçısı Azərbaycanın hər zaman dialoqa hazır olduğunu hətta müharibə dönəmində belə danışıqlarla bağlı istənilən təklifin dəyərləndirildiyini qeyd etməklə, dünya ictimaiyyətinə ölkəmizin tutduğu mövqeyi açıq şəkildə nümayiş etdirib.
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən Türkiyə-Ermənistan münasibətləri ilə bağlı AÇIQLAMA – “Sözün düzü…”


Bu zaman, Prezident Minsk Qrupu ilə bağlı da fikirlər səsləndirib. Müfaviq olaraq, Minsk Qrupunun uğursuz fəaliyyətini qeyd edən İlham Əliyev, buna rəğmən həmsədrlərin dialoq təklifinə qarşı olmadığını da ifadə edib.

“Biz İrəvana tanklarla qayıtmayacağıq”.

Jurnalistin Azərbaycanın Ermənistana qarşı ərazi iddialarında olduğu ilə bağlı verdiyi təxribatçı sualına, İlham Əliyev tarixi faktlarla cavab verərək, indiki Ermənistan ərazisinin tarixi Azərbaycan torpaqları olduğunu, lakin yenə də rəsmi Bakının İrəvandan fərqli olaraq ərazi iddialarında olmadığını bildirib. Eyni zamanda Prezident vətəndaşlarımızın gələcəkdə İrəvanın timsalında tarixi Azərbaycan torpaqlarına qayıtmasının da, sülh yolu ilə baş verəcəyinə inamını nümayiş etdirib.

“Heç bir muxtariyyətdən söhbət gedə bilməz”. 

Fransalı jurnalistin Ermənistanın və erməni lobbisinin qabartamağa çalışdığı Qarabağda ermənilərə muxtariyyət verilməsi məsələsində isə İlham Əliyev hər zamankı qəti mövqeyi ortaya qoyub. Bundan əlavə, Prezident ermənilərin hüquqazidd muxtariyyət çağırışlarına dəstək nümayiş etdirən ölkələrin öz ərazilərində ermənilərə muxtariyyət verə biləcəyini söyləməklə, lazımi ünvanlara da vacib mesajı çatdırıb. 

“Fransa özünü dürüst vasitəçi kimi aparmayıb”. 

Prezident müashibəsində Fransanın ermənipərəst mövqe sərgiləməsinə də toxunub. Buna baxmayaraq, İlham Əliyev rəsmi Parisdən son dönəmlər müsbət siqnallar gəldiyini qeyd etməklə, Azərbaycanın keçmişdə baş verənləri unudaraq, gələcəyə inamla baxmaq niyyətində olduğunu da, elə Fransa mətbuatının özündə nümayiş etdirib.
 

“10 noyabrdan sonra saxlanılan ermənilər hərbi əsir hesab edilə bilməz və biz onların çoxunu xoşməramlı jest kimi artıq qaytarmışıq”. 


Prezidentin bu fikirləri isə, ermənilərin bütün dünyada tirajladığı yalanlara verilə biləcək ən yaxşı cavab idi. Belə ki, rəsmi İrəvanın 10 noyabrdan sonra təxribatçı hərəkətlərə yol vermiş erməniləri guya hərbi əsir kimi qələmə verməyə çalışması səbəbindən, bir sıra ölkələr Azərbaycanı bəyanat şərtlərinə əməl etməməkdə ittiham edirdi. Buna cavab olaraq, İlham Əliyev sözügedən məsələ ilə bağlı real faktları açıqlamaqla, erməni yalanlarını bütün dünyanın gözü qarşısında ifşa edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin