İspaniyanın Kanar arxipelaqına daxil olan Palma adasında (Atlantik okeanı) vulkan püskürməsi əksəriyyəti yaşayış evi olmaqla 600-ə yaxın binanı məhv edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının Yer kürəsinin monitorinqi üzrə “Copernicus” kosmik proqramının məlumatında bildirilir.
Bir neçə saatlıq fasilədən sonra vulkan yenidən püskürməyə başlayıb. Lava artıq 258 hektar əraziyə yayılıb və 589 binanı məhv edib.
Bundan başqa, adadakı avtomobil yollarının 21 kilometrlik hissəsi də yararsız hala düşüb.
Hazırda adanın evləri təhlükəli ərazilərdə yerləşən 6 min sakini təxliyə edilib. Həmçinin bir neçə sahilyanı rayonun sakinləri də öz evlərində təcrid olunub. Lavanın Tasakorte rayonunda okeana təxminən 800-1000 metr məsafəyə qədər yaxınlaşdığı bildirilir.
Bizim.Media
- A-
- A
- A+
Multimedia
04:30 / 29.09.2021
Vulkan 600-ə yaxın binanı məhv ETDİ - VİDEO
Hazırda oxunan: Vulkan 600-ə yaxın binanı məhv ETDİ - VİDEO
Hazırda oxunan: Vulkan 600-ə yaxın binanı məhv ETDİ - VİDEO
39235
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.