Şəhid məzarının başında anti-İsrail təbliğatı aparanlar kimlərdir? – ANBAAN VİDEO

Hazırda oxunan: Şəhid məzarının başında anti-İsrail təbliğatı aparanlar kimlərdir? – ANBAAN VİDEO

39114

İzləyəcəyiniz videoda gördükləriniz sizi şoka salacaq. Çünki hadisə xalqımız üçün çox həssas olan bir gündə, 27 sentyabr Şəhidlərimizin Anım Günündə şəhid məzarının başında baş verir. 

Bizim.Media-nın əldə etdiyi videoda əlində Quran tutan qadının nifaq dolu çıxışı tükləri biz-biz edir. Açıq-aşkar müttəfiqlərimizə qarşı anti-təbliğat aparan bu bürünümüş qadın müqəddəs şəhid ruhunu da təhqir edir.

Belə ağır gündə, ağır məqamda xalq arasına nifaq toxumu səpmərək dövlətçiliyimizə, sarsılmaq birliyimizə zərbə vurmaq üçün əldən-ayaqdan gedir. 
 

Hadisə 44 günlük müharibədə şəhid olan şəhidlərimizdən birinin məzarı üzərində baş verib. Əlində Qurani-Kərim İran mollası kimi fətva verən bu şəxs şəhidi ziyarətə gələnləri də məcbur edir ki, dərdlərini unudub onun siyasətinin aludəçisi olsunlar. 


Dindən, təriqətdən istifadə edərək Şəhid məzarının başında hədyanlar danışan bu çarşablı qadının kifayət qədər hazırlıqlı olduğu çıxışından da özünü biruzə verir.

Görünür əli Quranlı bu xanım konkret mərkəzlər tərəfindən hazırlanıb və xalqın içərisinə nifaq salmaq üçün yeridilib.

İsrailə qarşı aparılan açıq təbliğatdan da bu “əməli-salehin” kimlərə aid olduğu ortadadır. Ona dəstək verən digər başıbağlının da bütün çıxışı məzar və Şəhid müqəddəsliyindən çox-çox uzaq və milli bütövlüyümüzə yönəlikdir.

Həmin videonu diqqətinizə təqdim edirik:

Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin