Böyük Britaniyada benzin defisitinə görə ölkənin bir sıra yerlərində benzin doldurma məntəqələrinə insanların axını, panika və bundan qaynaqlanan xaos yaşanır.
Bizim.Media xəbər verir ki, ölkədə bir həftədir benzin çatışmır, yanacaq üçün uzun növbələr var. Yerli hökumət hərbçilərin köməyilə yanacaqdoldurma məntəqələrində sabitlik yaratmaq istəyir.
Defisitin səbəbi yanacağın daşınması ilə məşğul olan şirkətlərdə pandemiya səbəbindən yubanmalar, sürücü çatışmazlığı və qeyri-sağlam rəqabətin olmasıdır.
Ötən həftə BP benzin çatışmazlığına görə 10-dan çox benzindoldurma məntəqəsini bağlamışdı.
Bundan sonra əhali benzinin çatışmayacağını düşünərək, məntəqələrə "hücuma" keçmişdilər.
Bu kollaps səbəbindən BP bir neçə benzin mənqətəsində benzinin satışına limit də qoyub.
Bizim.Media
Brexiters wanted to go back to before the EU. Well, here we are…queues at petrol stations! #BrexitReality pic.twitter.com/ijk67jXhte
— Sue?Woke AF, Save Lives, Wear A Mask (@suehard) September 24, 2021