Sivva “Bumbuz yatağ”ı üçün 1 ay boyunca… - Özü etiraf etdi - VİDEO

Hazırda oxunan: Sivva “Bumbuz yatağ”ı üçün 1 ay boyunca… - Özü etiraf etdi - VİDEO

38530

Səhnə adı Sivva olan azərbaycanlı müğənn Sevinc Ağasıyeva yeni klipini pərəstişkarlarının ixtiyarına buraxıb.

Bizim.Media xəbər verir ki, payızın ilk günlərində kamera qarşısına keçən ifaçı, “Bumbuz yataq” mahnısını ekranlaşdırıb.

Müğənninin yeni ekran əsərinin söz və musiqi müəllifliyi özünə, aranjimanı isə Fidan Alivaya aiddir. 

Klip üçün 18 saat kamera qarşısında keçirən Sivva hər zaman etdiyi bütün işlərdən mənəvi zövq aldığını bildirir. Sənətçi həmçinin mahnının üzərində 2 ildən artıqdır çalışdığını vurğulayıb. Ekran işinin rejissorluğunu isə Emin Muradov öz üzərinə götürüb.

Klipdə fərqli obrazlar ilə tamaşaçı qarşısına çıxan Sivva qeyd edib ki, bu işin ərsəyə gəlməsi üçün 1 ay boyunca peşəkar rəqs qrupu ilə məşq edib. 

Sözügedən klipi təqdim edirik:

Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin