Gürcüstanda təbii fəlakət DAĞINTILARA SƏBƏB OLDU - VİDEO

Hazırda oxunan: Gürcüstanda təbii fəlakət DAĞINTILARA SƏBƏB OLDU - VİDEO

38251

Güclü leysan yağışları Acarıstan Muxtar Respublikası ərazisində ciddi problemlər yaratmaqda davam edir. Muxtar respublikanın Xelvaçuri bələdiyyəsi ərazisindən keçən çaylarda suyun səviyyəsi qalxıb, torpaq sürüşməsi baş verib, bəzi kəndlərlə əlaqə kəsilib.

Bizim.Media xəbər verir ki, Xelvaçuri bələdiyyəsinin Periya kəndində torpaq sürüşməsi nəticəsində bir neçə ev uçub. Bir evin divarı dağılıb və bir kişi ciddi xəsarət alıb, 37 yaşlı qadının isə ayağı sınıb.

Xelvaçuri şəhərinin meri bildirib ki, şəhərdə yaradılmış qaynar xəttə torpaq sürüşməsi ilə bağlı 80-dən çox müraciət daxil olub. Artıq 8 ailə ekomiqrantdır.

Təbii fəlakətin vurduğu ziyanın miqdarı müəyyən edildikdən sonra insanlara, o cümlədən həmin ailələrə pul kompensasiyası veriləcək.

Leysan yağışları Lançxuti rayonuna da ciddi ziyan vurub.

Bir neçə kənddə əkin sahələri sel suları altında qalıb. Rayonun Supsa kəndində ildırım düşməsi nəticəsində bir yaşayış evi tam yanaraq külə dönüb. Ekoloqlar yağıntıların hələ bir neçə gün davam edəcəyini bildirirlər. 

Bizim.Media
 


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin