Moped sürücülərindən sürücülük vəsiqəsi tələb oluna bilər - VİDEO

Hazırda oxunan: Moped sürücülərindən sürücülük vəsiqəsi tələb oluna bilər - VİDEO

38237

Kiçik həcmli motorlu mopedlər, elektrovelosipedlər üçün qeydiyyat nişanı tətbiq oluna və onlardan A1 sürücülük vəsiqəsi tələb edilə bilər.

Bizim.Media xəbər verir ki, bununla bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi təkliflər hazırlayıb.

Son vaxtlar mopedlərlə kuryer fəaliyyəti göstərən sürücülərin tez-tez yol hərəkəti qayalarını pozmasının şahidi oluruq.

Ərşad Hüseynov deyir ki, kiçik həcmli motorlu mopedlərin dövlət qeydiyyat nişanı və sürücülərinin sürücülük vəsiqəsi olduğu təqdirdə bu kimi halların qarşısı alınacaq.

Bakı Şəhər Dövlət  Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan dəyişikliklərin tezliklə həll olunması yol polisi əməkdaşlarının işini asanlaşdırmaqla yanaşı, yol hərəkəti təhlükəsizliyi baxımından da olduqca vacibdir.

Bizim.Media mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin